ELM VƏ TƏHSİL


Kolleclərə ixtisas seçimi başlayıb

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi iyulun 25-dən avqustun 6-dək internet vasitəsilə həyata keçirilir. Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.