Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Şabran şəhəri” Tarixi Qoruğuna gələn turistlərin 15 faizi əcnəbilərdir

25.07.2018 [13:48]

Xəbərin mətni
Bu il ərzində “Şabran şəhəri” Tarixi Qoruğuna 2 minə yaxın turist gəlib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin şimal bölgəsindəki əsas turizm mərkəzlərinə aparan yolun üzərində yerləşməsi bu tarixi məkanı turistlər üçün daha cəlbedici edir. Əsası eramızdan əvvəl I minilliyin ortalarında qoyulduğu ehtimal edilən Şabran şəhərinin qalıqları ilə tanış olanların 15 faizi əcnəbi turistlərdir.