MƏDƏNİYYƏT


“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı bu dəfə Oğuz elinin qonağı olub

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” şüarı altında keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı uğurla davam edir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik olan xalqımızın mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin gücləndirilməsidir. Layihənin yay mövsümündə keçirilməsi yerli sakinlərə, eləcə də bölgələrimizə gələn xarici qonaqlara regionların rəngarəng mədəni həyatı ilə bilavasitə tanış olmaq fürsəti verir.