ELM VƏ TƏHSİL


Qəbul imtahanlarının nəticələri: 4 nəfər 700 bal toplayıb

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 26-da II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarının nəticələrini açıqlayıb. Mərkəzdən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.