MƏDƏNİYYƏT


Qəbələ festivalında Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin konserti maraqla qarşılanıb

X Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə musiqisevərlərə “Gənclərə dəstək” layihəsi çərçivəsində daha bir konsert proqramı təqdim olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalın proqramına uyğun olaraq, axşam saat 21:00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri tamaşaçılar qarşısında maraqlı konsert proqramı ilə çıxış edib.