Jurnalist olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçirilib
06.08.2018 [14:09]
DİM jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib. Əvvəlcə imtahan mövzuları Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə seçilib və videobağlantı vasitəsilə Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay,Şirvan, Xaçmaz şəhərlərində imtahan mərkəzlərinə çatdırılıb. Jurnalistika ixtisasına qəbul olmaq üçün III ixtisas qrupu üzrə keçirilən test imtahanında müsabiqə şərtini ödəyən 446 abituriyent qeydiyyatdan keçib.