Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kolleclərə qəbul olunmaq istəyən abituriyentlərdən 12 min 47-si ixtisas seçimi ərizəsini təsdiqləyib

06.08.2018 [17:39]

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi davam edir. Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, saat 17.00-a olan məlumata əsasən, Azərbaycan bölməsi üzrə 11 min 818, rus bölməsi üzrə 229 abituriyent olmaqla, cəmi 12 min 47 abituriyent ixtisas seçimi edib.