ELM VƏ TƏHSİL


Osaka Universitetinin professoru insanabənzər robot yaradıb

Yaponiyanın Osaka Universitetinin professoru Hirosi İsiquro 4 təkər üzərində hərəkət edən “İbuki” adlı insanabənzər robotunu təqdim edib. Yeni robotun boyu 120 santimetr, çəkisi 37 kiloqramdır. Robot 10 yaşlı uşaq kimi modelləşdirilib, buna görə də digər robotlar kimi vahiməli görünüşə malik deyil. Onun karkası karbon və plastik kimi materiallardan hazırlanıb, sifəti və əlləri isə lateksdən hazırlanmış “dəri” ilə örtülüb.