MƏDƏNİYYƏT


“Euronews”da “Yaşıl bazar"dan xüsusi reportaj

“"Yaşıl bazar" və ya Bakının yaşıl bazarı – paytaxtın ən dadlı, ən zəngin və bol çeşidli bazarlarından biri. Burada qurmanlar üçün lazım olan hər şey var”. AZƏRTAC xəbər verir ki, “Euronews” telekanalının təqdim etdiyi süjetdə belə deyilir. "Yaşıl bazar"dan xüsusi reportaj təqdim edən kanalın aparıcısı Sergio Kontonio buradakı müxtəlif ədviyyat və meyvə tərəvəz qoxularından xüsusi bir zövglə bəhs edərək, Azərbaycanın bölgələrindən hər gün bu bazara ən yaxşı məhsul və ədviyyatların gətiriildiyini vurğulayır.