MƏDƏNİYYƏT


Eminin yeni klipinə 5 gündə 2,3 milyon baxış olub

Azərbaycanın Xalq Artisti, "Jara" Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri, tanınmış bəstəkar və müğənni Emin Ağalarov bu günlərdə özünün “Сердце пополам” mahnısının yeni klipini təqdim edib. Klipin təqdimatından bu günədək YouTube kanalında mahnıya 2,3 milyondan çox baxış olub. AZƏRTAC xəbər verir ki, tanınmış müğənni klipində yenə Xose Məmmədov adlı komik personajının imicində çəkilib. Qeyd edək ki, müğənni bu imicdə ilk dəfə ötən il “Испания. Лето” mahnısının klipində çəkilib.