MƏDƏNİYYƏT


Özbəkistanlı müğənni Müslüm Maqomayevin abidəsini ziyarət etmək üçün Daşkənddən Bakıyadək veloyürüş etdi

Azərbaycanın görkəmli müğənnisi, bəstəkar, SSRİ xalq artisti, “Şöhrət” və “İstiqlal” ordenli Müslüm Maqomayevin anadan olmasının 76 illiyi münasibəti ilə özbəkistanlı opera müğənnisi Xursand Şherov veloyürüş edib. M.Maqomayev yaradıcılığının böyük heyranı olan özbək müğənnisinin veloyürüşü I Fəxri xiyabanda başa çatıb. Xursand Şherov Daşkənd-Bakı veloyürüşünü məhz mərhum sənətkarın doğum günüə həsr etdiyini bildirib.