MƏDƏNİYYƏT


Nizami Kino Mərkəzində Xalq artisti Vaqif Mustafayevin doğum günü qeyd edilib

Avqustun 28-də Nizami Kino Mərkəzində görkəmli kinorejissor, ssenarist, Xalq artisti Vaqif Mustafayevin yaradıcılıq gecəsi keçirilib. Mərasim rejissorun iş prosesindən, indiyədək çəkdiyi ekran əsərlərinin kadrarxası məqamlarından bəhs edən videoçarxla başlayıb. Tədbirdə tanınmış ziyalılar, dövlət və hökümət adamları iştirak edib.