MƏDƏNİYYƏT


Cənub bölgəsində misgərliyi yaşadan yeganə usta “ABAD” vasitəsi ilə sənətindən daha çox gəlir əldə edir

Masallı rayonunun Boradigah qəsəbə sakini Taleh Ağayev ölkəmizin cənub bölgəsində qədim xalq sənəti olan misgərliyi yaşadan yeganə ustadır. Onun balaca emalatxanasında misdən hazırlanmış müxtəlif məişət və bəzək əşyaları, suvenirlər göz oxşayır. Bura sanki kiçik bir muzeyi xatırladır.