Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazlı gənc yumurta qabığından sənət əsərləri hazırlayır

30.08.2018 [13:14]

Xəbərin mətni
Xaçmazlı gənc bir ədəd yumurtanı 29 manata satır. Amma bunlar düşündüyünüz adi yumurtalardan deyil. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz şəhər sakini Fərmayıl Əhmədov qeyri-adi bacarığı ilə diqqət çəkir. 26 yaşlı gənc toyuq, qaz, ördək və başqa quşların yumurtalarından istifadə etməklə müxtəlif suvenirlər hazırlayır.