MƏDƏNİYYƏT
Qubada “Regionun mətbəx günü” adlı milli yemək festivalı keçirilib
30.08.2018 [15:31]
Xəbərin mətni
Avqustun 30-da Qubada “Regionun mətbəx günü” adı ilə təşkil olunan milli yemək festivalı yerli sakinlər və rayona gələn turistlər tərəfindən böyük maraqla qarşılanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycanda ilk dəfə keçirilən bu festivalda ölkəmizin şimal bölgəsinə məxsus milli yeməklər nümayiş etdirilib.