MƏDƏNİYYƏT
Bakı Kitab Mərkəzi: Mütaliə və istirahət bir məkanda
04.09.2018 [15:05]
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzi kitavsevərlərin ixtiyarına verilib. Fəaliyyətində əsas məqsədi mütaliəyə marağın artırılması olan Bakı Kitab Mərkəzində Azərbaycan və müxtəlif dillərdə, janrlarda dünya ədəbiyyatı bestsellerləri, incəsənətə dair nadir albomlar, turistlər üçün bələdçi kitablar, musiqi kitabları və notlarla tanış olmaq və istədikləri kitabları əldə etmək imkanı yaradılıb.