“İnnovasiyalar həftəsi” çərçivəsində “Baku Open Cyber Cup” turniri təşkil olunub
29.10.2018 [12:06]
Xəbərin mətni
Azərbaycanda ilk dəfə olaraq təşkil edilən beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində oktyabrın 28-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Heydər Əliyev Mərkəzi və “Microsoft Azerbaijan” şirkətinin tərəfdaşlığı ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən “Baku Open Cyber Cup” turniri keçirilib.