MƏDƏNİYYƏT


Səhnəmizin Nargiləsi, Natəvanı, Tomrisi - Xalq artisti Amaliya Pənahova

Görkəmli aktrisa, Azərbaycanın Xalq artisti, Prezident təqaüdçüsü Amaliya Pənahova 73 yaşında dünyasını dəyişib. Amaliya Pənahova 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu ixtisasını bitirib. 1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Aktrisa, həmçinin bacarıqlı rejissor kimi də özünü sınayıb. Sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş verib. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb.