ELM VƏ TƏHSİL


Uşaq yazıçısı Mehriban Nağıyeva ilə görüş keçirilib

Təhsil Nazirliyinin təşkilatçılığı ilə orta məktəblərdə yazıçılarla şagirdlərin görüşünün keçirilməsi ənənəvi hal alıb. Belə görüşlər uşaqların mütaliəyə marağını daha da artırır. Bu dəfə 275 nömrəli məktəbin “Sağlam təhsil” siniflərində uşaq yazıçısı Mehriban Nağıyeva ilə görüş keçirilib. Tədbirdə Təhsil Nazirliyi və BŞTİ-nin nümayəndələri, məktəbin kollektivi, “Sağlam təhsil” siniflərində təhsil alan şagirdlərin valideynləri iştirak ediblər.