Şəmkirdə Yeni ilin gəlişi möhtəşəm bayram tədbiri ilə qeyd olunub
29.12.2018 [18:52]
Xəbərin mətni
Şəmkirdə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə möhtəşəm bayram tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə şəmkirliləri təbrik edib.