ELM VƏ TƏHSİL


Ötən il paytaxt üzrə 50 minədək uşaq elektron sistem vasitəsilə birinci sinfə qəbul olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, paytaxtın ümumtəhsil məktəbləri üzrə birinci sinfə 47 min 637 uşaq qəbul olunub. Birinci sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı prosesində valideynlərə “Əlaqə” bölməsi vasitəsilə rəsmi müraciət etmək imkanı yaradılıb.