ELM VƏ TƏHSİL


11-ci sinfi bitirə bilməyən şəxslər imtahan verib

Yanvarın 7-də Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən eksternat imtahanında əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər iştirak edib. Paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunan imtahana 102 nəfər qatılıb. Eksternlər hərəsində 10 sual olmaqla 6 fənn (Ana dili, ədəbiyyat, kimya, fizika, riyaziyyat və informatika) üzrə imtahan veriblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır