ELM VƏ TƏHSİL


Media nümayəndələri UNEC-də imtahanların gedişini izləyiblər

Yanvarın 8-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) qış imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub. AZƏRTAC xəbər verir ki, KİV nümayəndələri, təhsil ekspertləri və İctimai Nəzarət Şurasının üzvləri imtahanların gedişini izləyib, UNEC-də qış imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə ediblər.