Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün yanvarın 19-da sınaq imtahanı keçiriləcək
08.01.2019 [15:06]
Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə yanvarın 19-da keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq.