Azərbaycan Dövlət İnformasiya Agentliyi

Eksternat imtahanları başa çatıb

08.01.2019 [18:07]

Yanvarın 8-də Bakı şəhəri üzrə eksternat imtahanları başa çatıb. İmtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsil səviyyəsini (XI) bitirə bilməyən şəxslər iştirak edib. Paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunan imtahana 102 nəfər qatılıb.