Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda ilk kənd uşaq musiqi məktəbinin yaranmasından 50 il ötür

11.01.2019 [12:36]

Xəbərin mətni
Ağdam rayonunun cəbhə xəttində yerləşən Qaradağlı kənd uşaq musiqi məktəbi Azərbaycanın ilk kənd uşaq musiqi məktəbi kimi tarixə düşüb. Məktəbin yaranması zərurəti ötən əsrin 60-cı illərində meydana gəlib. Kənd ziyalılarının o vaxtkı yüksək dairələrə müraciətindən sonra 1968-ci ildə kənddə musiqi məktəbi fəaliyyətə başlayıb.