Dövlət İmtahan Mərkəzində TOEFL imtahanı keçirilib
12.01.2019 [19:45]
Yanvarın 12-də Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL imtahanı keçirilib. İmtahan DİM-in inzibati binasında təlimata uyğun təşkil olunub.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda 1 əcnəbi vətəndaş olmaqla 14 nəfər iştirak edib. İmtahanın gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Növbəti TOEFL imtahanının 2019-cu il yanvarın 26-da keçirilməsi nəzərdə tutulur.