SİYASƏT


Xarici İşlər Nazirliyində 20 Yanvar faciəsinin növbəti ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Azərbaycan xalqının azadlıq, müstəqillik və ərazi bütövlüyü mübarizəsi tarixinin şanlı səhifəsi olan 20 Yanvar faciəsinin səbəb və nəticələri haqqında məlumat verib. O bildirib ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet silahlı qüvvələri heç bir xəbərdarlıq etmədən Bakıya yeridilib. İmperiya ordusu həmin gecə dinc əhaliyə tank, pulemyot, avtomat və digər silahlardan atəş açaraq yüzdən çox dinc sakini, o cümlədən qadınları və uşaqları xüsusi qəddarlıqla qətlə yetirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır