ELM VƏ TƏHSİL


DİM-in intellektual mülkiyyətindən şəxsi qazanc məqsədilə istifadə edənlərə xəbərdarlıq edilib

Son vaxtlar sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin adından və cəmiyyətdə malik olduğu nüfuzdan öz şəxsi maraqları üçün istifadə edən bəzi qruplar daha da fəallaşıb. Onlar, imtahana hazırlaşan abituriyentlərə və bakalavrlara elmi metodik kömək göstərmək məqsədilə DİM-in əməkdaşları və ekspertləri tərəfindən hazırlanmış və dərc edilmiş müxtəlif vəsaitlərdə, habelə DİM-in internet saytında yerləşdirilmiş nümunəvi yoxlama-ölçmə materiallarından Mərkəzin rəsmi razılığı olmadan, şəxsi qazanc məqsədilə istifadə edir, bununla müəllif hüquqları və intellektual mülkiyyət haqqında qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla yanaşı, bəzən də müxtəlif yollarla yaydıqları təhrif olunmuş materiallarla imtahana hazırlaşan şəxsləri çaşdırırlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır