ELM VƏ TƏHSİL


Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil edilən eksternat imtahanlarında 218 nəfər iştirak edib. Onlardan 134-ü imtahanlarda uğur qazanıb.