CƏMİYYƏT


Dövlət siyasətinin həyata keçirilməsində gənclərin üzərinə mühüm vəzifələr düşür

Bu gün ölkəmizin sürətli iqtisadi inkişaf yoluna qədəm qoyması dövlətimizin başçısının düşünülmüş siyasətinin nəticəsidir. Prezident İlham Əliyevin uzaqgörənliklə reallaşdırdığı bu siyasətin həyata keçirilməsində gənclərin üzərinə mühüm vəzifələr düşür. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə yanvarın 31-də Xaçmazdakı Heydər Əliyev Mərkəzində 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunan konfransda danışılıb.