CƏMİYYƏT


“Lady Sharm” mağazalar şəbəkələrində xüsusi əməliyyat keçirilib

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarəyə daxil olan çoxsaylı şikayətlər əsasında paytaxtda və bölgələrdə fəaliyyət göstərən “Lady Sharm” mağazalar şəbəkələrində, həmin mağazaların anbarlarında keçirilən əməliyyat zamanı çoxsaylı qanun pozuntuları, istehlakçıların hüquqlarının kobud şəkildə pozulması və müştərilərin aldadılması halları aşkarlanıb. Nəticədə həmin şirkətin sahiblərindən biri, Cəlilabad rayon sakini Elnur İsmayılov, şirkətin baş mühasibi Ziyarət Abbasov, məsul əməkdaşları Valeh Qarayev və Fuad Əlizadə saxlanılaraq istintaqa cəlb ediliblər.