Azərbaycan Dövlət İnformasiya Agentliyi

ADA Universitetində Lütfi Zadə adına təqaüd təsis edildi

04.02.2019 [19:42]

Xəbərin mətni
ADA Universitetində keçirilən “Akademik Mükəmməllik Günü”ndə yeni təqaüd təsis edildi. Universitetin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutundakı ixtisaslar üzrə təhsil alan əlaçı tələbələr bundan sonra Lütfi Zadə adına təqaüd qazana biləcəklər. Bu təqaüd ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevin təşəbbüsü ilə təsis olunub.