ELM VƏ TƏHSİL


Magistraturaya qəbul olmaq üçün 8598 bakalavr ərizəsini təsdiqlədib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan edilmiş 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olmaq üçün bakalavrların ərizə qəbulu fevralın 11-də yekunlaşacaq. DİM-dən AZƏRTAC-a bildirilib ki, fevralın 9-na olan məlumata görə, magistraturaya qəbul imtahanında iştirak etmək üçün 8598 (Azərbaycan bölməsi - 7812; rus bölməsi -786) bakalavr ərizəsini təsdiqlədib.