2019-cu ildə keçiriləcək imtahanların tarixləri elan edilib
11.02.2019 [11:20]
DİM tərəfindən 2019-cu ildə keçirilməsi nəzərdə tutulan imtahanların tarixləri müəyyən olunub. Belə ki, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, I və IV ixtisas qrupları üzrə isə mayın 19-da keçiriləcək. İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyunun 30-da, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçiriləcək.