Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nərimanov rayonunda soyğunçuluq və oğurluqlar edən Tərtər rayon sakini saxlanılıb

11.02.2019 [16:36]

Xəbərin mətni
Nərimanov rayonunda paytaxt sakini Şahin Mikayılova zor tətbiq edilərək mobil telefonu və 183 manat pulu əlindən alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zərərçəkən bu barədə ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinə məlumat verən kimi hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Cinayəti törətməkdə şübhəli bilinən Tərtər rayon sakini Amil Məmmədov həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.