ELM VƏ TƏHSİL


Media nümayəndələri Qubada İcma əsaslı Uşaq Təhsil mərkəzlərinin fəaliyyəti ilə tanış olublar

Təhsil Nazirliyi tərəfindən fevralın 13-də Quba rayonuna mediatur keçirilib. Mediaturda 30-dək KİV nümayəndəsi iştirak edib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə qonaqlar şəhid İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbində fəaliyyət göstərən İcma əsaslı Uşaq Təhsil Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, Təhsil İnstitutunun Avropa İttifaqının maliyyə dəstəyi əsasında həyata keçirilən “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi çərçivəsində fəaliyyət göstərən mərkəzdə məşğələlərə 22 nəfər 3-4 yaşlı uşaq cəlb olunub. Layihəyə uyğun olaraq, mərkəzdə dərslər hər biri 2-2,5 saat olmaqla, həftədə 4 dəfə təşkil edilir. Dərslər yerli və eston mütəxəssislərdən ibarət işçi qrup tərəfindən hazırlanmış proqram əsasında keçirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır