CƏMİYYƏT


Paytaxt sakinini bıçaqla qorxudaraq mobil telefonunu əlindən alan şəxs saxlanılıb

Sabunçu rayonunun Aydınbəyov küçəsində naməlum şəxs paytaxt sakini Toğrul Qəhrəmanova bıçaqla hədə-qorxu gələrək onun “Iphone 7” markalı mobil telefonunu əlindən alıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zərərçəkən hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci polis şöbəsinə məlumat verib. Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə əvvəllər məhkum olunmuş Röyal Səfərov şöbənin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində saxlanılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır