ELM VƏ TƏHSİL


12 yaşlı istedad 22 ölkənin himnini əzbər bilir

12 yaşlı Tağı Rzayevin maraqlı bacarığı var. O, nə az nə çox, düz 22 ölkənin himnini əzbər bilir. Azərbaycanın dövlət himnindən sonra öyrəndiyi ilk himn isə Qazaxıstan himni olub. O, həmçinin müxtəlif ölkələrin dövlət bayraqları ilə də yaxından maraqlanır. Tağı ona maraqlı gələn ölkələrin himnlərini qısa müddətdə öyrənir. İnternetdə himnlərin mətnlərini əzbərləyir, necə səsləndirildiyinə diqqətlə qulaq asır.