Azərbaycan Dövlət İnformasiya Agentliyi

Magistraturaya sənəd verən bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər

15.02.2019 [17:27]

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının 1-ci mərhələsi fevralın 24-də keçiriləcək. Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.