Azərbaycan Dövlət İnformasiya Agentliyi

DİM tərəfindən 2019-cu ildə keçirilməsi nəzərdə tutulan bəzi imtahan günlərində dəyişiklik edilib

21.02.2019 [10:41]

DİM-dən AZƏRTAC-a bildirilib ki, ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, II və III ixtisas qrupları üzrə mayın 19-da keçiriləcək. I və IV ixtisas qrupları üzrə ikinci imtahan (yay imtahanı) isə iyunun 23-də keçiriləcək. Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi iyunun 30-da təşkil ediləcək. Dövlət qulluğuna qəbul olmaq üçün iyunun 23-nə nəzərdə tutulan imtahan iyunun 30-da keçiriləcək.