9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək
27.02.2019 [15:40]
Dövlət İmtahan Mərkəzi martın 3-də Bakı, Şirvan şəhərləri və Naxçıvanda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək. Həmin gün ümumilikdə 37434 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.