Sabah 37434 şagird imtahan verəcək
02.03.2019 [18:24]
Dövlət İmtahan Mərkəzi (DİM) martın 3-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, həmin gün ümumilikdə 37434 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. İmtahan saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.