ELM VƏ TƏHSİL


9-cu sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının birinci mərhələsi başa çatıb

Dövlət İmtahan Mərkəzi martın 3-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 37434 şagird üçün buraxılış imtahanının birinci mərhələsini keçirib. İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilib.