CƏMİYYƏT


Paytaxt sakininin üzərindən “Revolver” tipli tapança aşkar olunub

Nərimanov rayon Polis idarəsi 18-ci polis şöbəsi əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə əməliyyat keçirib. Nəticədə əvvəllər məhkum olunmuş paytaxt sakini Azər Cəfərzadə Təbriz küçəsində yerləşən parkın ərazisində polislər tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Şöbədə onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Revolver” tipli tapança və ona aid 2 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır