Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əziz Ələkbərli: Ermənistan rəhbərliyi soydaşlarımızın sülh və qarşılıqlı anlaşma şəraitində öz doğma torpaqlarına qayıdışına şərait yaratmalıdır

18.06.2026 [15:46]

Xəbərin mətni

Tarixi torpaqlarımızdan didərgin salınmış Qərbi azərbaycanlı soydaşlarımızın məruz qaldığı faciələrə birbaşa Naxçıvan və bu qədim yurd şahidlik edib. Bu baxımdan, keçirdiyimiz tədbirlərin məhz burada təşkil olunması qarşı tərəfə ünvanlanan mühüm mesajdır. Bu tədbirlər soydaşlarımızın öz ata-baba yurdlarına qayıdacağına olan inamın və qətiyyətin bariz ifadəsidir. Bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.