Sabah 27 şəhər və rayonda 9-cu sinif şagirdləri imtahan verəcəklər
09.03.2019 [11:06]
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim ediləcək. Saat 11:00-da başlanan imtahan 3 saat davam edəcək.