Azərbaycan Dövlət İnformasiya Agentliyi

9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək

14.03.2019 [10:55]

Dövlət İmtahan Mərkəzi martın 17-də respublikanın 29 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək. Həmin gün ümumilikdə 33054 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.