CƏMİYYƏT


Xaçmazdakı məntəqə tipli cəzaçəkmə müəssisəsindən 8 nəfər azadlığa buraxılıb

Azərbaycan Prezidenti İlham Əliyevin martın 16-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Xaçmazda yerləşən 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 17-də müəssisədə cəza çəkən 8 məhbus azadlığa buraxılıb.