CƏMİYYƏT


“Şəhidimiz” kampaniyasına qoşulan könüllü gənclər Xaçmazda şəhid ailələrinin qonağı olub

Könüllülər əvvəlcə Xaçmaz Şəhidlər xiyabanına gələrək torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının xatirəsini anıblar. Daha sonra könüllülər Aprel döyüşlərində şəhid olan Elvin Qayıbov və Elvin Mirzəyevin ailə üzvləri ilə görüşüblər.